2 qonşunun davası bu ağacı turistik məkana çevirdi: hamı onu ziyarətə gəlir - FOTO
Bizi izləyin

Dünya

2 qonşunun davası bu ağacı turistik məkana çevirdi: hamı onu ziyarətə gəlir - FOTO

İngiltərədə iki qonşunun davası nəticəsində bir ağac tən yarıdan kəsilib.

Publika.az xəbər verir ki, Şeffildin ətrafı Uottorpda yaşayan 70 yaşlarında iki qonşu 2021-ci ildə bir ağaca görə dava edib. Səbəbi isə qonşulardan birinin quşların ağacda yuva quraraq onların yolunu çirkləndirmələrindən şikayət etməsi olub.

Bir il davam edən mübahisədən sonra İren və Qrem Li 25 ildir evlərinin qarşısında dayanan təxminən 5 metrlik küknarın yarısını kəsiblər.

Davadan 3 il keçsə də, insanlar hələ də küçəyə gəlib həmin ağaca baxır. Hətta "Google" xəritədə ağacın yerini turistik məkan kimi qeyd edib.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm