Obama da Baydendən ƏLİNİ ÜZDÜ: "O qədər məyus olub və şoka düşüb ki..."
Bizi izləyin

ABŞ

Obama da Baydendən ƏLİNİ ÜZDÜ: "O qədər məyus olub və şoka düşüb ki..."

Məlumatlı mənbələr ABŞ-ın keçmiş prezidenti demokrat Barak Obamanın şəxsi söhbətlərində partiya yoldaşı Co Baydenin ikinci müddətə yenidən seçilmə ehtimalına şübhə ilə yanaşdığını təsdiqləyib.

Publika.az xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, Obama Baydenlə Respublikaçılar Partiyasının namizədi Donald Tramp arasında ölkədə baş verən debatdan o qədər məyus olub və şoka düşüb ki, hazırkı dövlət başçısına zəng edərək şəxsi məsləhətçi kimi kömək təklif edib.

Mənbələr Obamadan sitat gətirib: "Baydenin yenidən seçilmək üçün onsuz da çətin olan yolu debatdakı çıxışından sonra daha da çətinləşdi".

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm