Dünya
Ukrayna prezidentinə duel çağırışı: “Müharibənin qalibini müəyyən edəcək”
“Luqansk Xalq Respublikası” separatçı qurumun “dövlət başçısı” İqor Plotnitski Ukrayna prezidenti Pyotr Poroşenkonu duelə çağırıb.
Publika.az-ın Rusiya mediasına istinadən verdiyi məlumata görə, bu barədə separatçı liderin Poroşenkoya açıq məktubunda deyilir.
Plotnitskinin fikrincə, təkbətək döyüşün nəticəsi silahlı qarşıdurmanın qalibini müəyyən edəcək və müharibəyə son qoymağa imkan verəcək.
“Gəlin qədim slavyan rəhbərləri və kazak atamanlarının nümunəsi üzrə təkbətək döyüşə çıxaq. Kim qalib gələrsə, o, qarşı tərəfə öz şərtlərini diktə etsin. Niyə insanları, iqtisadiyyatı və şəhərləri məhv edək? Bu yaralar sağaltmaq üçün sizə və bizə onilliklər lazım olacaq. Təkbətək döyüşdə bütün fikir ayrılıqlarına son qoymaq daha yaxşı deyilmi?"- deyə “dövlət başçısı” yazıb.
O həmçinin bildirib ki, təkbətək döyüşün televiziya ilə birbaşa yayımına etiraz etmir.
Rusiya mediası qeyd edir ki, Plotnitskinin məktubu Kiyevin müharibəyə hazırlaşdığı barədə bəyanatlarına cavabdır. Noyabrın 16-da Ukrayna prezidenti bildirib ki, Ukrayna ordusu hadisələrin inkişafına hazırdır.
Ömər Dağlı
-
Magazin114:02
Hamını aldadıblarmış... - Qızı Təranəni ifşa etdi
-
Qarabağ 13:56
Kəlbəcərdə bədbəxt hadisə - Xəsarət alanlar var
-
Hadisə13:30
Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU - VİDEO
-
Kriminal12:41
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: daha bir nəfər saxlanıldı
-
Dünya12:01
İngiltərə Ukraynaya “yaşıl işıq” yandırdı: Bizim silahlarla Rusiyanı vur
-
Nida Xəbər 11:04
Bu xəstəxananın vəzifəli şəxsləri SAXLANILDI - Görün nə qədər vəsait mənimsəyiblər
-
Magazin109:51
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan etiraf
-
Cənubi Qafqaz09:21
İrəvan Almatıda Bakıya təslim olacaq – Ermənistanda nədən qorxurlar? - VİDEO