NATO müdafiə xərclərini bu tarixə qədər artırmayacaq
Bizi izləyin

Dünya

NATO müdafiə xərclərini bu tarixə qədər artırmayacaq

İyulun 9-dan 11-dək Vaşinqtonda keçiriləcək NATO sammitində müdafiə xərclərinin artırılması məsələləri müzakirə olunmayacaq. Mümkün ixtilaf səbəbindən alyans yaxın gələcəkdə müdafiə xərclərini artırmayacaq.

Publika.az xəbər verir ki, bu barədə Estoniya Müdafiə Nazirliyinin vitse-kansleri Tuuli Duneton "Breaking Defence" nəşrinə məlumat verib.

Minimum müdafiə xərclərinin nə vaxt və nə qədər artırılması məsələsi bir il təxirə salınacaq. Alyansa üzv olan hər bir ölkənin ÜDM-nin 2,5 faizinə qədər xərclərin artırılması variantı nəzərdən keçirilir.

2025-ci ildə Niderlandda keçirilməsi planlaşdırılan NATO sammitində xərclərin artırılması məsələsi müzakirə oluna bilər.

Cəmilə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm