Qida əlavələri qəbul edən 500 nəfər xəstəxanaya yerləşdirildi
Bizi izləyin

Dünya

Qida əlavələri qəbul edən 500 nəfər xəstəxanaya yerləşdirildi

Yaponiyada sağlamlıq əlavələri qəbul edən 500-ə yaxın insan xəstəxanaya yerləşdirilib.

Publika.az xəbər verir ki, bu barədə Yaponiyanın Səhiyyə Nazirliyindən açıqlama verilib.

Bildirilir ki, “Kobayashi Pharmaceutical Co”nun pəhriz əlavələri mart ayında beş ölümlə əlaqəli olduğu üçün araşdırılıb. Məlum olub ki, bu əlavələrin tərkibində boya kimi istifadə edilən qırmızı kif növü olan koji var. Mütəxəssislər ölümlərə bunun səbəb ola biləcəyini qeyd edib.

Odur ki, həkimlər resept olmadan qəbul edilə bilən bu əlavələrlə bağlı xəbərdarlıq edirlər.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm