Çin gəmiləri bu ölkənin ərazi sularını pozdu
Bizi izləyin

Dünya

Çin gəmiləri bu ölkənin ərazi sularını pozdu

Çinin sahil mühafizə gəmiləri mübahisəli Senkaku arxipelaqı ətrafında yerləşən Yaponiyanın milli ərazi sularında qayda pozuntusu edib.

Publika.az xəbər verir ki, bu barədə Yaponiyanın Okinava əyalətində yerləşən 11-ci Region Sahil Mühafizəsi Qərargahından açıqlama verilib.

Bildirilir ki, Uotsuri və Minami-kojima adaları ətrafında hərəkət edən və bölgədə 42 saat üzən Çin gəmiləri adaların ətrafında ov edən yapon balıqçı gəmilərinə yaxınlaşıb.

Yaponiya Sahil Mühafizəsinin xəbərdarlığından sonra gəmilər ərazini tərk edib. Bildirilib ki, bu, il ərzində Çin gəmiləri tərəfindən arxipelaq regionunda 24-cü qayda pozuntusudur.

Qeyd edək ki, Yaponiyanın "Senkaku" və Çinin "Diaoyu" adlandırdığı arxipelaq Şərqi Çin dənizində, Çinin şərq sahillərində və Yaponiyanın cənub-qərb sahillərində yerləşir. Bu bölgə uzun müddətdir ki, suverenlik müzakirələrinə səbəb olur.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm