Bayden uğursuz debatdan sonra tibbi müayinədən keçdi
Bizi izləyin

Dünya

Bayden uğursuz debatdan sonra tibbi müayinədən keçdi

ABŞ prezidenti Co Bayden demokrat qubernatorlarla Ağ Evdə qapalı görüşdə keçmiş Amerika lideri Donald Trampla teledebatda uğursuz çıxışından sonra tibbi müayinədən keçdiyini bildirib.

Publika.az xəbər verir ki, bu barədə “Politico” mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, Bayden keçən həftə tibbi müayinədən keçib və özünü yaxşı hiss edir.

Dövlət başçısının iş qrafiki ilə tanış olan mənbənin sözlərinə görə, Bayden çox güman ki, soyuqdəymə əlamətləri səbəbindən qısa tibbi müayinədən keçib.

Cəmilə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm