Bayden prezidentlik mübarizəsindən geri çəkilir? - Ağ Ev açıqladı
Bizi izləyin

Dünya

Bayden prezidentlik mübarizəsindən geri çəkilir? - Ağ Ev açıqladı

Ağ Ev ABŞ prezidenti Co Baydenin prezidentlik yarışından geri çəkiləcəyi ilə bağlı iddiaları qəti şəkildə rədd edib.

Publika.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karine Jean-Pierre mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Jean-Pierre Baydenin debat günü soyuqladığından səsinin boğuq olduğu səbəbiylə yaxşı birgün keçirmədiyini bildirib. O, həmçinin bunun bir bəhanə olmadığı üçün vəziyyəti izah etmək istədiklərini diqqətə çatdırıb.

Qeyd edək ki, ABŞ-da noyabrın 5-də prezident seçkiləri keçiriləcək. Seçkilər üçün mübarizə aparan Demokratlar Partiyasının üzvü Co Bayden və onun Respublikaçı rəqibi Donald Tramp CNN-də canlı yayımlanan ilk debatda bu barədə danışıblar. Bayden debat zamanı yaxşı performans sərgiləmdiyi üçün tənqidlərə məruz qalıb. Hətta ona Demokrat Partiyasından və bəzi media qurumlarından prezident seçkilərindən geri çəkilməsi üçün çağırış edilib.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm