Dəhşətli hadisə: Timsahın parçaladığı uşaq meyiti belə tapıldı
Bizi izləyin

Dünya

Dəhşətli hadisə: Timsahın parçaladığı uşaq meyiti belə tapıldı

Avstraliyanın Palumpa bölgəsində dərədə çimərkən timsahın hücumuna məruz qalan 12 yaşlı qızın meyiti tapılıb.

Publika.az xəbər verir ki, 12 yaşlı qızın itkin düşməsi xəbərini alan polis qüvvələri axtarış əməliyyatına başlayıb.

Quru, hava və su ilə 36 saat davam edən gərgin axtarışlar nəticəsində qızın itdiyi yerin yaxınlığından meyit tapılıb.

Polis məmuru Erica Gibson Palumpa bölgəsi yaxınlığında tapılan bədən hissələrindəki yaraların timsah hücumunu təsdiqlədiyini açıqlayıb.

Qeyd edək ki, Avstraliyada vəhşi heyvanların hücumları nəticəsində hər il bir çox insan ölür.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm