Kosmik turizm hava şarlarından başlayır
Bizi izləyin

Dünya

Kosmik turizm hava şarlarından başlayır

Oturacaq üçün 125 min dollar ödəyənlər nəhəng bir şarla kosmosun kənarına səyahət edə biləcəklər.

Publika.az xəbər verir ki, ilk uğurlu uçuş cəhdini başa vuran “Space Perspective” açıq bar və tualetdən ibarət dəbdəbəli kapsuldan Yerin görünüşünü təqdim edib.

8 yerlik nəqliyyat vasitəsi ilə səyahətlər bu ilin sonunda başlayacaq. Minimum depozit haqqı min dollar olaraq təyin olunub. Şirkət kapsulla bağlı xəbərləri ilk dəfə fevral ayında “X”da elan edib.

Qeyd edək ki, sözügedən nəqliyyat vasitəsi indiyədək inşa edilmiş hər hansı insan kosmos kapsulunun ən böyüyüdür.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm