Orbandan gözlənilməz AÇIQLAMA: "Başa düşdüm ki..."
Bizi izləyin

Dünya

Orbandan gözlənilməz AÇIQLAMA: "Başa düşdüm ki..."

"Kiyev və Moskva səfərlərindən sonra başa düşdüm ki, tərəflərin mövqeləri bir-birindən uzaqdır".

Publika.az xəbər verir ki, bunu Macarıstan Baş naziri Viktor Orban Rusiya Prezidenti Vladimir Putinlə birgə keçirdiyi brifinqdə bildirib.

"Putinlə Ukraynada sülhün əldə olunmasının ən qısa yolubu müzakirə etdik. Mən üç mühüm məsələ ilə bağlı Putinin fikrini eşitmək istəyirdim və eşitdib Prezident atəşkəs və sülh danışıqları haqqında nə düşünür, onların hansı ardıcıllıqla keçirilə biləcəyi və hərbi münaqişədən sonra Putinin Avropaya baxışı necədir? Mən cənab Putinə Zelenskinin atəşkəs təklifinə reaksiyası barədə danışdım. Kiyev və Moskva səfərlərindən sonra gəldiyim nəticə budur ki, tərəflərin mövqeləri bir-birindən uzaqdır"

Orban Kiyev və Moskvaya səfərlərindən sonra münaqişənin həlli istiqamətində səylərini davam etdirəcəyini bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm