Dünya
“Qafqaz ölkələri İŞİD-in yanına emissarlar göndərir” – Şok İddia
“İŞİD tərkibində Qafqazdan gedənlərin sayı kifayət qədərdir. Bu fakt regionun gələcəyini hədələyir”.
Publika.az xəbər verir ki, bu barədə Rusiyanın
Etnologiya İnstitutunun Etnopolitik Tədqiqatlar Mərkəzinin böyük
elmi işçisi Əhməd Yarlıkapov deyib.
Onun sözlərinə görə, 2013-cü ildə İŞİD xəlifəsinin hər kəsi cihada
səsləməsi regiondakı ekstremistləri hərəkətə keçirdi: “Onlar bunu
çoxdan gözləyirdilər. Nəticədə kütləvi şəkildə “cihada” axın
başladı. Ən böyük “cihad” potensialından biri Şimali Qafqazdır və
bu, birbaşa Moskvanı hədələyir. Qafqazın cənubundan olan
“cihadçılar” da hazırda İŞİD-in nəzarət etdiyi torpaqlarda müharibə
aparırlar. Qafqaz döyüşçüləri “Qafqaz əmirliyi” adı altında
birləşir. Bu ad təsadüfi, yaxud gəlmələrin gəldikləri yeri
xatırlatmaq üçün seçilməyib. Bu, gələcəyə hesablanmış addımdır.
“Qafqaz əmirliyi” İŞİD-in bu bölgədə qurmaq istədiyi idarəçiliyin
ilk bünövrəsi hesab edilir”.
Ekspert İŞİD-in nəzarət etdiyi ərazilərin Böyük Britaniya ərazisi
qədər olduğunu bildirib. Onun sözlərinə görə, İŞİD bu genişlikdə
ərazidə istədikləri idarəçilik üsullarını qurmaq, yeni döyüşçülər
yetişdirmək iqtidarındadır.
“Əvvəlcə İŞİD insanları öz sıralarına cəlb etmək üçün geniş
təbliğat kampaniyası aparırdı. Xüsusilə internet üzərindən
çağırışlar edilir, “İslam dövlti” ərazisində yaxşı həyat şəraitinin
olması haqda videoçarxlar çəkilirdi. Bu nəticəsiz qalmadı. Bizim
gözümüz qarşısında Qafqazdan insanların hər gün İŞİD sıralarına
qoşulması baş verirdi. Eləcə də post-sovet məkanından ora gedənlər
kifayət qədərdir. Lakin artıq limit bitib, getmək istəyənlərin
əksəriyyəti artıq ordadır. Yəni bölgə artıq praktiki olaraq İŞİD-ə
əsgər vermir”, - deyə o bildirib.
Ə. Yarlıkapov maraqlı bir fakt da açıqlayıb. Gedənlərin qayıtması
nəticəsində bölgədə ciddi təhlükələrin ola biləcəyini istisna
etməyən ekspert region ölkələrinin artıq hərəkətə keçdiyini
bildirib: “Gedənlər özləri üçün məskənlər salıb və yaşamaqda davam
edirlər. Lakin onların qayıtması ehtimalı böyükdür və bu ciddi
təhlükələrlə nəticələnə bilər. Artıq hökumətlər onların yanına
xüsusi adamlar göndərir. Bu seçilmiş adamlar onları geri
qayıtmamağa inandırmalıdır. Yəni “uşaqlar siz getdinizsə orda
qalın, geri qayıtmayın”. Konkret olaraq, Dağıstan hökumətinin bu
üsuldan istifadə etdiyini dəqiq deyə bilərəm. Eyni təcrübə digər
region ölkələrində də istifadə edilir. Əslində bu perspektivli
addımdır. Çünki onların qayıdışı Rusiya və Qafqaz regionu üçün
ciddi təhdiddir. Ən azından, terror aktlarının olması ehtimalı
kiçik deyil”.
Asif Nərimanlı
-
Rəsmi xronika12:05
İlham Əliyev qəbul keçirdi
-
Rəsmi xronika11:10
Biz buna imkan verə bilmərik - Prezident
-
Hadisə09:46
Rövşən Rzayev vəfat etdi - FOTO
-
Sosial09:30
Bu ərazidə mənzillər kütləvi şəkildə satışa çıxarıldı - Ucuz qiymətə... - VİDEO
-
Dünya08:36
Azərbaycanda bu qadağa qüvvəyə minir
-
Region08:24
Bəy gəlini toy karvanında qoyub qaçdı - ANBAAN VİDEO
-
Maraq dünyası06:46
Pitonla kral kobranın ərazi üstündə döyüşü izləmə rekordu qırır - VİDEO
-
Magazin104:44
Dilarə Əliyeva: "14 il keçib, hələ də bir insanla küsülüyəm" - VİDEO