Ermənistan hakimiyyətinə mayın 10-dək vaxt verildi: Bilsək ki...
Bizi izləyin

Region

Ermənistan hakimiyyətinə mayın 10-dək vaxt verildi: Bilsək ki...

Ermənistanın Geqarkunik rayonunun Azat kəndində baş vermiş yanğın nəticəsində həlak olan hərbçilərin valideynləri cinayət işi çərçivəsində konkret şəxslərin saxlanılması üçün hakimiyyətə mayın 10-dək vaxt verib.

Publika.az xəbər verir ki, bu barədə jurnalistlərə ölən əsgərin atası Hayk Kirakosyan məlumat verib.

O əlavə edib ki, konkret adlar çəkə bilər, lakin hələlik bundan çəkinəcək.

“Əgər mayın 10-da keçirilən məhkəmə prosesində bilsək ki, bu şəxslərə qarşı cinayət işi başlanmayıb və onların həbsi məsələsi həll olunmayıb, o zaman biz bütün dostlarımız və qohumlarımızla hökumət binasına gələcəyik və bu, yumşaq desək, hakimiyyət üçün narahatlıq yaradacaq”, - deyə Hayk xəbərdarlıq edib.

Mayın 1-də səhər İrəvanın Respublika meydanında Qeqarkunik rayonunun Azat kəndindəki müvəqqəti kazarmada baş verən yanğın nəticəsində həlak olan əsgərlərin yaxınları etiraz aksiyası keçiriblər. Onlar obyektiv araşdırma tələb edir və baş verənlərlə bağlı rəsmi versiyaya inanmırlar.

2023-cü il yanvarın 19-na keçən gecə Qeqarkunik rayonunun Azat kəndində mühəndislik şirkətinin müvəqqəti barakı kimi fəaliyyət göstərən evdə yanğın baş verib. Nəticədə 15 hərbçi həlak olub, daha 3 hərbçi yanıq xəsarətləri ilə Yanıq Mərkəzinə yerləşdirilib. İstintaq Komitəsinin məlumatına görə, fövqəladə vəziyyətə səbəb istilik üçün benzindən istifadə edilməsi olub. Faciədən sonra 5 yüksək rütbəli hərbçi tutduqları vəzifələrdən azad edilib. Yanğınla bağlı 2 cinayət işi başlanıb.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm