Mask Trampın seçki kampaniyasına hər ay 45 milyon dollar verəcək
Bizi izləyin

Dünya

Mask Trampın seçki kampaniyasına hər ay 45 milyon dollar verəcək

Amerikalı iş adamı İlon Mask Donald Trampın seçki kampaniyasını dəstəkləyən qrupa ayda təxminən 45 milyon dollar ianə etməyi planlaşdırır.

Publika.az xəbər verir ki, bu barədə “Wall Street Journal”da məlumat yayılıb.

Bildirilib ki, bu komitə öz resurslarını Trampa səs vermək üçün müraciət edən ştatlarda Respublikaçı tərəfdarları həvəsləndirməyə sərf edir. Lakin İlon Maskın adı iyunun sonuna 8,75 milyon dollar toplayan təşkilata töhfə verənlər siyahısına daxil edilməyib. Qeyd olunur ki, o, bu aydan ianə verməyə başlamağı planlaşdırır.

“Financial Daily”nin məlumatına görə, Maskın niyyəti reallaşarsa, bu, ABŞ-da bir fərdin seçki kampaniyasına etdiyi ən böyük ianələrdən biri olacaq.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm