Makron Pezeşkianla danışdı: Rusiya ilə bağlı xəbərdarlıq etdi
Bizi izləyin

Dünya

Makron Pezeşkianla danışdı: Rusiya ilə bağlı xəbərdarlıq etdi

Fransa prezidenti Emmanuel Makron İranın yeni prezidenti Məsud Pezeşkianla telefon danışığı zamanı Rusiyanın Ukraynaya qarşı müharibəsinə toxunub.

Publika.az xəbər verir ki, bu barədə Yelisey sarayından məlumat verilib. Bildirilir ki, Pezeşkianla söhbətində Fransa rəhbəri onu Rusiyanın Ukraynaya qarşı müharibəsini dəstəkləməməyə çağırıb.

Mətbuat daim qeyd edir ki, 2022-ci ildən başlayaraq İran Rusiyaya Ukraynanın mülki infrastrukturuna hücum etmək üçün istifadə olunan “Şahid” döyüş pilotsuz təyyarələri verir.

Qərb kəşfiyyatının məlumatına görə, Şimali Koreya kimi Tehran da ballistik raketləri Moskvaya ötürə bilər.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm