Dünya
“Xarkov partizanları” Rusiyada hazırlanır – Şok iddia
Ukrayna hüquq-mühafizə orqanları Xarkov vilayətində son aylarda təşkil edilmiş terror aktlarının əksəriyyətində “Xarkov partizanları" adlanan terror təşkilatını ittiham edir.
Publika.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, terror təşkilatının saxlanılan üzvləri müstəntiqlərə verdiyi ifadələrində onların Rusiyada hazırlandığını bildiriblər.
Məlumata görə, Xarkov şəhərində hazırda terror qruplaşmasının 10 kəşfiyyat-diversiya qrupu hərəkət edir.
“Xarkov vilayətində iyul ayından "Xarkov partizanları" adlı terror təşkilatı fəaliyyət göstərir. Təşkilatın əsas məqsədi terror aktlarının törədilmək, xalq təsərrüfatı və müdafiə xarakterli əhəmiyyətli obyektlərin məhv etmək və ictimai asayişi pozmaqdır”, - Xarkov vilayətinin baş prokuroru Yuri Danilçenko bildirib.
Xatırladaq ki, bir neçə gün bundan əvvəl Ukrayna Təhlükəsizlik Xidməti Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən hazırlanmış diversantların Niderland hökumətinin nümayəndə heyətinə qarşı Xarkovda həyata keçirmək istədiyi terror aktının üstünü açıb. İfşa olunan cinayətkar qrupun tərkibində 12 nəfər olub. Onların üzərində müxtəlif silahlar, həmçinin beynəlxalq konvensiyalarla qadağan edilmiş və Rusiya istehsalı olan piyadaya qarşı minalar götürülüb.
Qrup hərbi komissarlıqlar və digər dövlət əhəmiyyətli binalarda partlayışlar həyata keçirməyi planlaşdırırdı. Diversant qrupunun iştirakçılarından birinin dindirilməsi zamanı məlum olub ki, onlar Rusiya xüsusi xidmət orqanlarının tapşırığı ilə Tambov şəhərinə yaxın ərazidə məşq keçiblər.
Ömər Dağlı
-
İKT09:00
“WhatsApp” yeni funksiya ilə hər kəsi heyrətləndirəcək
-
Avropa08:24
"TikTok" Avropanı QORXUYA SALDI: "Həyəcan təbili yüksək səslə çalınmalıdır"
-
Sağlamlıq06:46
Birdəfəyə nə qədər kabab yemək olar? - Dietoloq LİMİT QOYDU
-
Magazin105:45
Sevinc Balidə belə dincəlir - FOTO
-
Kriminal03:43
Çayxana qan gölünə döndü: Muradova 13 bıçaq zərbəsi vuruldu
-
Sosial02:42
Azərbaycanda sabiq polis oğurladığı əşyaları sevgilisinə satdırırmış - VİDEO
-
Sosial01:11
Cəmiyyət açıq-saçıq geyinənlərə necə baxır?: “Bizə çox şey deyirlər, amma..." - VİDEO
-
Qoroskop00:05
Günün ULDUZ FALI: şəxsi münasibətlərdə problemlər ola bilər