Rusiya bu statusunu itirir: Türkiyə görün nələr qazanacaq
Bizi izləyin

Dünya

Rusiya bu statusunu itirir: Türkiyə görün nələr qazanacaq

Rusiya Elmlər Akademiyası xəbərdarlıq edib ki, ölkə yaxın gələcəkdə "enerji supergücü" statusunu itirə bilər.

Publika.az xəbər verir ki, Enerji Araşdırmaları İnstitutunun mütəxəssisləri iqtisadiyyatın yaxın 25 ildə yanacaq ixracının 40 faizini itirəcəyini və bu gəlirlərin 2,8 dəfə azalacağını proqnozlaşdırırlar.

Mütəxəssislər təxmin edirlər ki, Qərb texnologiyalarına çıxışını itirən və sanksiyalara görə mühüm bazarlarından məhrum olan Rusiya enerji ixracını əvvəlki həcmlərinə qaytara bilməyəcək.

2021-ci ildə Rusiyadan 821 milyon ton yanacaq (neft, kömür və qaz) ixrac edildiyi halda, bu məbləğin 2030-cu ildə 583 milyon, 2040-cı ildə 561 milyon, 2050-ci ildə isə 486 milyon tona qədər azalacağı gözlənilir.

Proqnozlara görə, Avropa bazarını itirən “Qazprom”un isə qaz ixracı 1985-ci il səviyyəsinə düşəcək və illik 193 milyard m3 olacaq. Qaz gəlirləri 43 faiz azalaraq ildə 76,3 milyard dollardan 43,3 milyard dollara düşəcək.

Yaxın 25 ildə kömür ixracı 208 milyon tondan 20 milyon tona düşəcək. 1990-cı illərdəki iqtisadi çöküşdən sonra yanacaq ixracından əldə edilən gəlir artsa da, ekspertlər yaxın illərdə bunun xeyli azalacağını bildirirlər.

Rusiyanın enerji ixracının azalacağı o deməkdir ki, Türkiyə və Çin kimi ölkələrə neft və təbii qazı çox ucuz sata biləcək. Sanksiyalardan sonra Rusiya neft və qazı Türkiyə və Çinə müharibədən əvvəlkindən daha ucuz satmağa başlamışdı. Eyni şəkildə, bu proses həm də Türkiyənin LNG ixracatının artacağı anlamına gəlir.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm