Dünya
300 türkü edam gözləyir – Türkiyə nə edəcək?
Çinin sərt siyasətinə görə Tailanda sığınan uyğurlar Türkiyədən cavab gözləyirlər.
Teleqraf.com xəbər verir ki,
İngiltərənin "Channel 4" televiziyası Çində yaşayan uyğurların
faciəvi durumundan reportaj hazırlayıb.
Reportajda qeyd olunur ki, Çinin işğalındakı Şərqi Türküstanda
yaşayan 300 türkün həyatı Türkiyədən asılıdır.
İnsan qaçaqçılarının köməyi ilə Çindən Tailanda keçən çoxu qadın və
uşaq olan türklər oradan Malayziyaya və daha sonra Türkiyəyə gəlmək
istəyiblər. Tailand polisi türkləri 9 ay öncə ac və susuz halda
meşədə tapıb. Onların Çin vətəndaşları olduqları aşkarlansa, geri
qaytarılacaqlar və ölkə qanunlarına əsasən edam olunacaqlar.
Onların tək istəyi və nicatı Türkiyədə yaşamaqdır.
Türkiyədən cavab gözləyən türklər ümidlərini üzməyiblər. Amma
onların "Boraltan körpüsü" olayında olduğu kimi Türkiyə tərəfindən
Çinə təhvil verilmə ehtimalı var.
"Boraltan Körpüsü" olayı 1945-ci ildə olub. Sovet zülmündən qaçaraq
Türkiyəyə sığınan azərbaycanlılar Moskvanın istəyi ilə İsmət
İnönünün rəhbərlik etdiyi CHP hökuməti tərəfindən geri təhvil
verilib və onlar Araz çayı üzərindəki Boraltan Körpüsündən keçən
kimi sıraya düzülərək güllələnib.
-
Hadisə04:14
"Canavar gördüm" deyən 3 yaşlı qızın otağından görün nə çıxdı
-
Art03:43
"Arşın mal alan" filmi ilə bağlı nadir fotolar üzə çıxdı - VİDEO
-
Avropa02:42
Qrimm qardaşlarına məxsus "XƏZİNƏ" TAPILDI: indiyədək heç kimin...
-
Sosial02:12
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT OLDU
-
Qoroskop00:15
Günün ULDUZ FALI: yeni plan peyda olacaq
-
Magazin100:07
Azərbaycanlı müğənni evində ölü tapıldı - FOTO
-
Sosial30 Aprel 23:24
Bakıda qeyri-adi oğurluq - Qadın götürdüyü pulları görün harada gizlətdi
-
Magazin230 Aprel 23:00
Məşhur serialın ulduzu 84 yaşında VƏFAT ETDİ - FOTO