22 nəfəri daşıyan helikopter yoxa çıxdı
Bizi izləyin

Dünya

22 nəfəri daşıyan helikopter yoxa çıxdı

Kamçatka yarımadasında içərisində 22 nəfərin olduğu Rusiyaya məxsus “Mi-8T” helikopteri yoxa çıxıb.

Publika.az xəbər verir ki, bu barədə Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi məlumat verib.

Bildirilir ki, Vaçkajets vulkanı yaxınlığından havaya qalxan helikopter təyin olunmuş vaxtda xəbər verməyib.

Nəticədə helikopterin taleyi ilə bağlı narahatlıqlar yaranıb və araşdırma başlanıb.

Helikopterdə 3 ekipaj üzvü və 19 sərnişinin olduğu bildirilir.

Hazırda səlahiyyətlilər vəziyyəti qiymətləndirir və itən helikopteri axtarır.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm