Çin bu ölkənin şirkətlərinə sanksiya tətbiq etdi
Bizi izləyin

Dünya

Çin bu ölkənin şirkətlərinə sanksiya tətbiq etdi

Çin Xalq Respublikası (ÇXR) ABŞ-ın Tayvana silah satmaq planlarını “vahid Çin” prinsipinin pozulması və onun daxili işlərinə müdaxilə adlandırıb. Buna cavab olaraq Pekin doqquz Amerika şirkətinə məhdudiyyətlər qoyub.

Publika.az "Xinhua"ya istinadən xəbər verir ki, sanksiyalara "Sierra Nevada Corporation", "Stick Rudder Enterprises LLC", "Cubic Corporation", "S3 AeroDefense", TCOM, "TextOre", "Planate Management Group", "ACT1 Federal" və "Exovera" şirkətləri daxildir.

Onların Çindəki mülkləri dondurulacaq. Çin xalqına və şirkətlərinə sanksiya tətbiq olunan firmalarla iş görmək qadağandır.

Qeyd olunur ki, qərar artıq qüvvəyə minib.

ÇXR hesab edir ki, Vaşinqtonun Tayvana silah satmaq qərarı Çin-Amerika birgə kommünikesinə ziddir. Pekin ABŞ-ın planlarının “Çinin suverenliyinə və ərazi bütövlüyünə ciddi ziyan vurduğunu” bildirib.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm