Dünya
Sertab Erenerin qorxduğu başına gəldi
Məşhur sənətçi Sertab Erener 32 illik karyerasında ən böyük qorxusunu yaşadığını açıqlayıb.
Publika.az xəbər verir ki, iyul ayından bəri sənətçinin konsertləri ləğv olunmaqda davam edir.
Bu dəfə müğənninin lazımi şərtlərin təmin oluna bilmədiyi səbəbi ilə İzmir konserti ləğv edilib. Mövzu ilə bağlı açıqlamanı Sertab Erener özü verib.
Bir neçə aydır ki, ləğv olunmaların onunla bağlı olmadığını vurğulayan müğənni səhhətində yaranan problemlər istisna olmaqla, konsertini ləğv etmədiyini bildirib:
“Əvvəla, bu açıqlamanı vermək məcburiyyətində qaldığım üçün çox təəssüflənirəm. Biletləri hələ satışda olan İzmirdə sentyabrın 18-də verəcəyim konserti təşkilatçı şirkət konsertin baş tutması üçün lazımi şəraiti təmin edə bilmədiyi üçün ləğv etməli oluram. Eyni səbəblərdən onu da deyim ki, iyul ayından bəri davam edən konsert ləğvlərinin heç biri mənimlə bağlı deyil. Çünki səhhətimdə yaranan problemlər bir yana, konserti ləğv edib sizi yarı yolda qoymaq 32 illik karyeramın ən böyük qorxusudur. Ona görə də dinləyicilərimdən üzr istəyirəm. Tezliklə başqa konsertlərdə görüşmək həyəcanı ilə. Mən sizi çox sevirəm, anlayışınız üçün təşəkkür edirəm”.
Roza
-
Sağlamlıq16:33
Tərəvəz deyil, vitamin anbarıdır: Gecə-gündüz yeyin
-
Dünya15:12
Cəmisi iki ildən sonra İsrail məhv olacaq: Trampdan AÇIQ MESAJ
-
Region14:58
Ermənistanın İctimai Radiosunda Bakı vaxtı quruldu - FOTOFAKT
-
Sosial14:22
Sabah qeyri-iş günü olacaq? - Rəsmi açıqlama
-
Sosial13:46
Rusiyada bu azərbaycanlılara EVLƏNMƏK QADAĞAN EDİLDİ
-
İdman13:40
Ramosun özündən 8 yaş böyük xanımı: Onun cazibədarlığının sirri nədir? - FOTOLAR
-
Hadisə13:23
Azərbaycanda şok hadisə - Zirzəmidə əsir saxlanılan qız xilas edildi
-
Sosial12:44
XİN-dən Ermənistana cavab: Bu qəbuledilməzdir!