Separatçılardan şok təklif: “Hərbi əsirləri çörəklə dəyişək”
Bizi izləyin

Dünya

Separatçılardan şok təklif: “Hərbi əsirləri çörəklə dəyişək”

Separatçıların nəzarət etdiyi Donetsk və Luqansk vilayətləri böyük humanitar fəlakət qarşısındadır. Bunu separatçıların Ukrayna tərəfinə etdiyi təklifdən də görmək olar.

Publika.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, separatçılar Ukrayna hərbi əsirləri ərzaq məhsulları və digər gündəlik tələbat məhsulları ilə dəyişməyi təklif edir.

Bu barədə Ukrayna antiterror qərargahının mətbuat mərkəzindən bildiriblər. Xəbərdə həmçinin qeyd olunub ki, sözügedən təklif Rusiyanın humanitar yardım adı altında separatçılara və Rusiya muzdlularına silah-sursatın, həmçininn yanacağın göndərdiyini bir daha göstərir.

Ukrayna tərəfi separatçılar və Rusiya muzdluları tərəfindən işğal edilmiş ərazilərdə faciəli vəziyyətin yarandığını, su və ərzaq məhsullarının əhalinin tələbatı üçün kifayət etmədiyini bildirib. Bir çox yaşayış məntəqələrində isə əhali “aclıq qiyamları” keçirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm