Dünya
Ukrayna İranı hədələdi: Bu xəbərlər təsdiqlənərsə...
Ukrayna Xarici İşlər Nazirliyi İranın Rusiyaya ballistik raketlərin tədarükü ilə bağlı mətbuatda yayılan xəbərlərdən narahatlığını bildirib. Qeyd edilib ki, bu xəbərlər təsdiqlənərsə, Ukrayna-İran münasibətləri üçün “dağıdıcı nəticələr” olacaq.
Publika.az xəbər verir ki, Ukrayna Xarici İşlər Nazirliyinin şənbə günü dərc etdiyi bəyanatda həmçinin İran rəhbərliyini Rusiyaya hər hansı silah və hərbi texnika ötürməkdən çəkinməyə, habelə beynəlxalq ictimaiyyəti “beynəlxalq sülhün və təhlükəsizliyin qorunması naminə” Tehran və Moskvaya təzyiqi artırmağa çağırır.
“Wall Street Journal” və CNN ötən gün kəşfiyyat mənbələrinə istinadən İranın Ukraynaya qarşı müharibədə istifadə etmək üçün artıq Rusiyaya yaxın mənzilli ballistik raketlər göndərdiyini bildiriblər. “Bloomberg” bir neçə gün əvvəl belə raketlərin gözlənilən transferi barədə yazmışdı. Britaniyanın “The Times” qəzetinin yazdığına görə, Rusiya İrandan 200-dən çox ballistik raket yükü alıb. İranın BMT-dəki missiyası iddia edir ki, Tehran münaqişə tərəflərinə, o cümlədən Ukraynaya silah vermir.
-
Sosial17:25
Məktəblərdə telefondan istifadə qadağan edildi
-
Region17:07
ABŞ Ermənistana bu qədər sərmayə qoyub - Departament açıqladı
-
Sosial16:35
İlham Əliyev iki fərman imzaladı
-
Hadisə16:08
Əsgərimiz özünü öldürüb - FOTO/RƏSMİ
-
Rəsmi xronika15:16
İlham Əliyev türkiyəli aktyoru təltif etdi - FOTO
-
Kriminal14:18
Atası oğlunu öldürəni bağışlamışdı, amma... - Məhkəmə qərar verdi
-
ABŞ13:22
Dünyanın ən varlı 3 milyarderi andiçmədə Trampın yanında olacaq: Bu qədər pul veriblər
-
Region12:40
Xamenei adamını gizli şəkildə Moskvaya göndərdi - İran çıxılmaz vəziyyətdə