Əfsanə yaddaşını itirməkdən qorxur
Bizi izləyin

İdman

Əfsanə yaddaşını itirməkdən qorxur

“Mançester Yunayted”in keçmiş baş məşqçisi Ferqyuson yaddaşını itirməkdən qorxduğunu etiraf edib.

Publika.az xəbər verir ki, İngiltərənin “Mançester Yunayted” klubunun əfsanəvi baş məşqçisi yaddaşını itirmək qorxusundan danışıb.

“82 yaşım var və təbii ki, bundan narahatam. Düzünü desəm, yaddaşım hələ də yaxşıdır. Amma mən bundan 100% narahat haldayam”, – Ferqyuson bildirib.

Ferqyuson çox oxuduğunu və tapmaca həll etdiyini qeyd edib.

Qeyd edək ki, Ferqyuson 1986-2013-cü illərdə “Mançester Yunayted”in baş məşqçisi olub. Onun rəhbərliyi altında “Mançester Yunayted” 13 dəfə İngiltərə Premyer Liqasının çempionu olub, beş dəfə ölkə kubokunun qalibi olub və iki dəfə UEFA Çempionlar Liqasının kubokunu qazanıb.

Ləman

Oxumağa davam et
Reklam
Reklam

Gündəm