Zaxarova Stoltenberqin bəyanatını cəfəngiyyat adlandırdı
Bizi izləyin

Dünya

Zaxarova Stoltenberqin bəyanatını cəfəngiyyat adlandırdı

NATO-nun baş katibi Yens Stoltenberq bilmir ki, onun Ukraynanın Rusiyaya Qərb silahlarından atəş açmasına icazə vermək çağırışları nəyə gətirib çıxara bilər.

Publika.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinq zamanı bildirib.

O əlavə edib ki, Rusiyaya qarşı zərbələr barədə bəyanatı ancaq “tamamilə asılı olan, o qədər təzyiqə məruz qalan, hər hansı cəfəngiyyat danışan” adam verə bilər.

Zaxarova əlavə edib ki, Stoltenberq onun sözlərinin gətirə biləcəyi nəticələrdən xəbərsizdir.

“Həm Stoltenberq, həm də ona oxşar şeylər yazanlar bu cür bəyanatların nəyə gətirib çıxara biləcəyini dərk etməyə bilməzlər”, - XİN sözçüsü yekunlaşdırıb.

Xatırladaq ki, NATO-nun baş katibi bundan əvvəl demişdi ki, Kiyevə Rusiyanın dərinliklərində uzaqmənzilli raket zərbələri endirməsinə icazə verilməsi eskalasiyaya səbəb ola biləcək qırmızı xətt olmayacaq.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm