"Boris" indi də bu ölkəni dağıdır: Qırmızı xəbərdarlıq edildi
Bizi izləyin

Dünya

"Boris" indi də bu ölkəni dağıdır: Qırmızı xəbərdarlıq edildi

Mərkəzi Avropada azı 24 nəfərin ölümünə səbəb olan "Boris" qasırğası İtaliyaya çatıb. Ölkənin şimalında güclü yağışların daşqın və torpaq sürüşməsinə səbəb olması nəticəsində minə yaxın insan evlərindən təxliyə edilib.

Publika.az xəbər verir ki, fırtına Şimali İtaliyanın Emiliya-Romanya bölgəsində böyük dağıntılara səbəb olub.

Min nəfərə yaxın insan evlərindən təxliyə edilib. 2 nəfərin itkin düşdüyü, axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilib.

Əlverişsiz hava şəraiti ilə əlaqədar Bolonya, Çesena, Forli, Rimini və Ravenna şəhərlərindəki məktəblərdə bu gün tədris dayandırılıb. Rayonda 5 dəmir yolu xəttində də hərəkət məhdudlaşdırılıb.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm