Pakistan Hindistandan 64 illik su müqaviləsinə əməl etməyi tələb edir
Bizi izləyin

Dünya

Pakistan Hindistandan 64 illik su müqaviləsinə əməl etməyi tələb edir

Pakistan Hindistandan Dünya Bankının zəmanəti ilə 1960-cı ildə imzalanmış 64 illik Hind Suları Müqaviləsinə (IWT) əməl etməsini istəyib.

Publika.az xəbər verir ki, Pakistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Mümtaz Zehra Baluç paytaxt İslamabadda həftəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Hind Suları Müqaviləsinin illərdir iki ölkənin mənafeyinə xidmət edən əhəmiyyətli bir razılaşma olduğunu ifadə edən Baluç deyib:

“Bu, suyun bölüşdürülməsinə dair ikitərəfli razılaşmalarla bağlıdır. Pakistan sazişin həyata keçirilməsinə tam sadiqdir. Hindistanın razılaşmaya əməl edəcəyini gözləyirik”.

Hindistan avqustun 30-da İslamabad administrasiyasını xəbərdar edib və sözügedən sazişə yenidən baxılmasını istəyib. Hindistanın tikdiyi bəndlərə görə Pakistanda su çatışmazlığı və ya daşqın riski var. Pakistan iqtisadiyyatının 20 faizinin Hind çayı ətrafındakı fəaliyyətlərdən asılı olduğu bildirilir.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm