Litva Ukraynaya görün nə verdi: Rusiyanı "dəli" edəcək hədiyyə
Bizi izləyin

Dünya

Litva Ukraynaya görün nə verdi: Rusiyanı "dəli" edəcək hədiyyə

Litvada bütöv bir istilik elektrik stansiyasının Ukraynaya verilməsi üçün sökülür.

Publika.az Ukraynanın “Unian” nəşrinə istinadla xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Vladimir Zelenski ilə mətbuat konfransı zamanı bildirib.

Sentyabrın 10-da Ukraynanın Baş naziri Denis Şmıqal Rusiya Silahlı Qüvvələrinin Xarkovu elektrik enerjisi ilə təmin edən bütün istilik elektrik stansiyalarını məhv etdiyini açıqlayıb.

Qeyd edək ki, sentyabrın 20-də Ursula fon der Leyen Kiyevə səfərə gəlib. O, Ukraynanın paytaxtına Avropanın dəstəyini və G7-nin kreditləşməsi ilə bağlı irəliləyişi müzakirə etmək üçün gəldiyini söyləyib. AK rəhbəri bəyan edib ki, Avropa İttifaqı Ukraynaya yardım çərçivəsində ona 35 milyard avro məbləğində kredit verəcək G7 ölkələrinin AB-nin Rusiya aktivlərində dondurulmuş gəlirlərdən istifadə edərək vəsait toplamasını planlaşdırır.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm