İlon Mask milli təhlükəsizliyə təhdiddir - "The Guardian"ın İDDİASI
Bizi izləyin

Dünya

İlon Mask milli təhlükəsizliyə təhdiddir - "The Guardian"ın İDDİASI

Amerikalı milyarder, "SpaceX" və "Tesla" şirkətlərinin qurucusu İlon Mask ABŞ-ın milli təhlükəsizliyinə təhdiddir.

Publika.az xəbər verir ki, bu barədə "The Guardian" qəzeti məlumat yayıb.

Nəşr ABŞ-ın keçmiş prezidenti Donald Trampın həyatına ikinci sui-qəsd cəhddən sonra iş adamının paylaşımlarından narazı qalıb.

Maskın zarafatla vurğuladığı "heç kim Ağ Evin hazırkı rəhbəri Co Baydeni və ya dövlət başçısı vəzifəsinə namizəd Kamala Harrisi öldürməyə cəhd etmir" fikrini qəzet "bu cür bəyanatları fəaliyyətə çağırış kimi şərh etmək olar", - deyə şərh edib.

Belə sözlərə baxmayaraq, Maska ABŞ-da milli təhlükəsizliklə bağlı məxfi məlumatlara çıxış imkanı verilib. Və bu qərar, "The Guardian"a görə, son dərəcə risklidir. İlk növbədə ona görə ki, iş adamı qanunsuz maddələrdən istifadə etdiyini etiraf edib.

“Bu, dünyanın ən zəngin adamı olan Maska heyrətamiz güc verir. O, təkbaşına ölkəni Starlink və internetə çıxışını bağlamaq qərarına gələ bilər. O, həmçinin Starlink tərəfindən toplanmış məxfi məlumatlara çıxış əldə edə bilərdi”, - deyə "The Guardian" yazıb.

Bildirilir ki, Mask siyasətçiləri açıq şəkildə tənqid edir və müəyyən hərəkətlərdən danışır. Məsələn, bu yaxınlarda o, Ukrayna prezidenti Vladimir Zelenskinin ABŞ-dakı hərbi zavoda səfərinin seçkilərə müdaxilə olduğunu bildirib.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm