Avropanın gözəli bu tatar seçildi - Geyimi də heyran etdi
Bizi izləyin

Magazin2

Avropanın gözəli bu tatar seçildi - Geyimi də heyran etdi

Onlarla iştirakçı gözəl adı uğrunda mübarizə aparıb, amma onlardan yalnız biri - Kazan sakini Dinara Salyaxova “Miss Europe 2024” tacını və əlavə iki nominasiya qazanıb.

Publika.az xəbər verir ki, Dinara peşəkar idmançıdır. O, Rusiyaya böyük qürurla tacla qayıtdığını qeyd edib. Gözəllik müsabiqəsindəki qələbə Salyaxovanın həyatında mühüm mərhələnin başa çatması idi.

"Rusiyanı beynəlxalq səviyyədə təmsil etmək mənim üçün böyük şərəf idi. Çox şadam ki, evə qələbə ilə qayıdıram”, - deyə Salyaxova öz emosiyalarını bölüşüb.

Avropanın gözəli adı uğrunda İtaliya, Almaniya, Portuqaliya, Ermənistan, Hollandiya və digər ölkələrdən olan nümayəndələr mübarizə aparıblar. Ümumilikdə finalda 24-49 yaş arası 25 gözəl bir araya gəlib. Onların demək olar ki, hər biri yarış kateqoriyalarından birində qələbə ilə evlərinə yollanıb.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm