ABŞ qərar verdi: Yaxın Şərqə QOŞUN GÖNDƏRİR
Bizi izləyin

Yaxın Şərq

ABŞ qərar verdi: Yaxın Şərqə QOŞUN GÖNDƏRİR

Birləşmiş Ştatlar İsrailin təhlükəsizliyini və müdafiəsini təmin etmək üçün zərurət yaranarsa, Yaxın Şərqə əlavə qoşunlar göndərəcək.

Publika.az "Associated Press"ə (AP) istinadən xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin sözçüsü Sabrina Sinqa deyib.

Agentlik yazır: “Birləşmiş Ştatlar təhlükəsizliyi gücləndirmək və lazım gələrsə, İsraili müdafiə etməyə hazırlaşmaq üçün Yaxın Şərqə bir neçə min əlavə hərbçi göndərəcək”.

Sinqa bildirib ki, artan hərbi mövcudluq çoxsaylı qırıcı eskadrilyaların köçürülməsi deməkdir. Xüsusilə, ABŞ Yaxın Şərqə F-15E, F-16, A-10 və F-22 təyyarələri, eləcə də onlara xidmət üçün əlavə personal göndərəcək.

Qeyd edilir ki, İsrail artıq Livanda yeni əməliyyata başlayıb, həmsərhəd Suriya da atəşə tutulub.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm