İranda hökumət tədbirinə silahlı hücum: Ölənlər var
Bizi izləyin

Yaxın Şərq

İranda hökumət tədbirinə silahlı hücum: Ölənlər var

Bu gün Sistan və Bəluçistan əyalətinin Nikşəhr bölgəsində SEPAH və yarıhərbi radikal “Bəsic” qüvvələrinin üzvlərinə silahlı basqın törədilib.

Publika.az xəbər verir ki, bu barədə “Bəluç Fəalların Kampaniyası” “Telegram” kanalı məlumat yayıb.

Məlumata görə, yerli məktəblərdən birində keçirilən tədbirə edilən silahlı hücum nəticəsində dörd nəfər ölüb.

Öldürülənlər arasında Nikşəhr Şəhər Şurasının sədri Yusif Şirani, SEPAH komandiri Pərviz Kədxodayi, eləcə də “Bəsic” üzvlərindən Mocib Bəluçi və Seyid Cavad Sadati olub.

Basqın zamanı bir neçə nəfərin də yaralandığı bildirilib. Hələlik silahlı hücumun hansı qruplaşma tərəfindən edildiyi bəlli deyil.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm