Hava limanında partlayış olub - Bu səbəbdən
Bizi izləyin

Dünya

Hava limanında partlayış olub - Bu səbəbdən

Varşava Şopen Beynəlxalq Hava Limanında baqajın çeşidlənməsi zamanı partlayış baş verib.

Publika.az bu barədə yerli "RMF 24" nəşrinə istinadən xəbər verir.

Hadisənin oktyabrın 2-də baş verdiyi bildirilir. Mənbənin sözlərinə görə, Vyanaya uçan səyahətçilərdən birinin çamadanı partlayıb. Çamadanda tədqiqat üçün bioloji material və onları soyutmaq üçün istifadə edilən quru buz nümunələri var imiş. Partlayışa da o səbəb olub.

Mənbənin sözlərinə görə, hadisə nəticəsində xəsarət alan olmayıb. Avropa şəhərinin hava limanının boşaldılması tələb olunmayıb.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm