İranın dəstəklədiyi qruplar bu ölkədə ABŞ bazasına hücum etdi
Bizi izləyin

Dünya

İranın dəstəklədiyi qruplar bu ölkədə ABŞ bazasına hücum etdi

Suriyanın Deyr əz-Zor əyalətində İranın dəstəklədiyi qruplar ABŞ ordusunun yerləşdiyi bazaya raketlərlə hücuma cəhd edib.

Publika.az xəbər verir ki, yerli mənbələrdən əldə edilən məlumata görə, Deyr əz-Zorun Fərat çayının qərb sahilində yerləşən Haşşam və Murat kəndlərində yerləşən İranın dəstəklədiyi qruplar ABŞ qüvvələrinin yerləşdiyi Koniko bazasına hücum etməyə cəhd edib.

Bazadakı hava hücumundan müdafiə sistemləri raketləri hədəflərinə çatmamış məhv edib.

Hadisə ilə bağlı ABŞ-dan hələlik heç bir açıqlama verilməyib.

Qeyd edək ki, ABŞ ordusunun Həsəkə və Deyr əz-Zor əyalətlərindəki bazaları tez-tez raketlər və kamikadze PUA-larla hədəfə alınır. Fərat çayının şərqindəki Deyr əz-Zor torpaqları ABŞ-ın dəstəklədiyi terror təşkilatı PKK/YPG-nin işğalı altındadır, şəhər mərkəzi və digər kənd yerləri isə Bəşər Əsəd rejimi və İranın dəstəklədiyi qrupların nəzarətindədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm