Dünya
Bu ölkə BMT Təhlükəsizlik Şurasına "GÖZ QOYDU" - "Metodlar dəyişdirilməlidir"
Braziliya BMT Təhlükəsizlik Şurasının (TŞ) daimi üzvü olmaq istəyir.
Publika.az xəbər verir ki, bu barədə Braziliyanın Rusiya Federasiyasındakı səfiri Rodriqo de Lima Baena Soareş "İzvestiya" qəzetinə məlumat verib.
Diplomatın sözlərinə görə, Braziliya TŞ-də islahatların aparılmasının zəruriliyində israrlıdır. Hazırda bu məsələ müzakirə olunur.
Səfir qeyd edib ki, ölkəsinin BMT TŞ-nin daimi üzvü olmaq üçün bütün əsasları var. Braziliya hökuməti hesab edir ki, TŞ qlobal Cənub ölkələrinin təmsil olunmasını təmin etmək üçün daha nümayəndəli və əhatəli olmalıdır.
Diplomat həmçinin qeyd edib ki, BMT TŞ-nin iş metodları dəyişdirilməlidir ki, o, daha şəffaf olsun və dünya təşkilatının bütün üzvləri adından danışsın.
Hüseyn İbadlı
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?
-
Rəsmi xronika10:20
İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi