Pakistanda GÜCLÜ PARTLAYIŞ: ölən və yaralananlar var
Bizi izləyin

Dünya

Pakistanda GÜCLÜ PARTLAYIŞ: ölən və yaralananlar var

Pakistanın Kəraçi şəhərindəki Cinnah beynəlxalq hava limanı yaxınlığında partlayış baş verib.

Publika.az xəbər verir ki, bu barədə “Geo” telekanalı məlumat yayıb.

Məlumata görə, partlayış nəticəsində bir neçə nəfər yaralanıb, birinin həyatını xilas etmək mümkün olmayıb. Mənbənin sözlərinə görə, yaxınlıqdakı avtomobillərin yanmasına tankerin partlaması səbəb olub.

Səlahiyyətlilər əldəqayırma partlayıcı qurğunun işə düşməsindən şübhələnirlər. Fövqəladə hadisə yerinə yanğınsöndürənlər və hüquq-mühafizə orqanları gəlib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm