Nigeriyada daha bir qətliam: 9 nəfər ölüb
Bizi izləyin

Dünya

Nigeriyada daha bir qətliam: 9 nəfər ölüb

Nigeriyanın Katsina əyalətində baş verən silahlı hücumlarda 9 nəfər həyatını itirib.

Publika.az xəbər verir ki, yerli mətbuatın məlumatına görə, Katsina əyalətinin Faskari və Matazu bölgələrində naməlum silahlı şəxslər hücumlar həyata keçirib.

Hücumlarda 6 yerli təhlükəsizlik qüvvəsi və 3 mülki şəxs ölüb, çox sayda insan yaralanıb.

Hücumla bağlı verdiyi yazılı açıqlamada əyalətin qubernatoru Dikko Umaru Radda bölgəyə əlavə təhlükəsizlik qüvvələrinin göndərildiyini bildirib.

Qeyd edək ki, Nigeriya son vaxtlar ölkənin müxtəlif yerlərində silahlı dəstələrin, eləcə də "Boko Haram" və ISWAP-ın hücumları ilə üzləşir.

Ölkədə adam oğurluğuna görə cəza ölüm olsa da, fidyə müqabilində adam oğurluğu hallarına rast gəlinir. Silahlı insanlar ümumiyyətlə ölkənin şimalındakı kəndləri, məktəbləri və səyahətçiləri hədəf alır və pul tələb edirlər.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm