Dünya
"Taliban"dan sürpriz qərar: Türklərə həvalə edəcəklər
Əfqanıstanın mədən və neft nazirinin müavini Molla Hidayətullah Bədri türk mədən şirkətlərinə təcili dəvət göndərib.
Publika.az xəbər verir ki, Bədri ölkəsinə sərmayə qoyan türk şirkəti “77 İnşaat”ın baş direktoru Süleyman Ciliv ilə görüşüb.
Ciliv görüşdə şirkətin fəaliyyəti haqqında ətraflı məlumat verib. O, həmçinin Cövzcan vilayətində “Yateem Taq Sement” Layihəsi üçün nazirlik ilə “77 İnşaat” şirkəti arasında imzalanması gözlənilən müqaviləni də xatırladıb.
Bədri mədənçilik sektoruna verdiyi töhfələrə görə şirkətə təşəkkür edib. O, ölkəsinin qiymətli metal varlıqlarına daha çox sərmayə qoyulmasını təşviq edəcəklərini qeyd edərək türk sərmayəçilərə çağırış edib.
Qeyd edək ki, "Taliban" 2021-ci ildə Əfqanıstanda hakimiyyəti ələ keçirib. Həmin dövrdə türk şirkətləri ölkədə beynəlxalq şirkətlərin etmədiyi layihələr hazırlayıb. Bu şirkətlərdən biri də “77 İnşaat” olub.
"77 İnşaat" ən böyük layihəsi olan “Kajaki” Su Elektrik Stansiyasını tikib.
Roza
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?
-
Rəsmi xronika10:20
İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi
-
Art09:36
Azərbaycanda aktyor vəfat etdi - Foto