Bu ölkəyə “Dəmir Qübbə” satılır? – Rusiya kəşfiyyatı İsraildə aktiv fəaliyyətə başladı
Bizi izləyin

Dünya

Bu ölkəyə “Dəmir Qübbə” satılır? – Rusiya kəşfiyyatı İsraildə aktiv fəaliyyətə başladı

Mossadın İran və Livandakı əməliyyatları bütün dünyada təhlükəsizlik narahatlığı yaradıb. Rusiyanın da İsraildə genişmiqyaslı kəşfiyyat fəaliyyətləri həyata keçirdiyi üzə çıxıb. Ölkədə fəaliyyət göstərən Rusiya şirkəti bir tərəfdən Moskvanın xeyrinə ictimai rəyə təsir edir, digər tərəfdən parlamentdə lobbiçilik fəaliyyəti həyata keçirir. Əməliyyatın hədəfi Ukrayna və fələstinlilərdir.

Publika.az xəbər verir ki, 2017-ci ildə yaradılmış SDA şirkəti birbaşa Rusiyanın Xarici Kəşfiyyat Xidməti (SVR) tərəfindən idarə olunur. ABŞ Dövlət Departamenti və Ticarət Nazirliyi tərəfindən də bu ilin əvvəlində şirkətə qarşı sanksiyalar tətbiq edilib. Məlumdur ki, şirkətin təsisçisi İlya Qambaşidze Rusiya prezidenti Vladimir Putinin yaxın adamlarından biridir.

Sənədlərə əsasən, şirkət İsrail mətbuatında intensiv reklam, tanıtım fəaliyyəti həyata keçirir. Şirkətin İsraildə sosial mediada çoxlu ciddi hesablarının olduğu bildirilsə də, paylaşılan görüntülərdə ölkədəki solçu partiya və HƏMAS-a dəstək verdiyinə dair yanlış məlumatlar da yer alır. Ölkədə Fələstinə qarşı düşmənçilik də sosial mediada ərəbcə dərc olunan yazılarla qızışdırılır. İsrailin Ukraynaya silah verdiyi üçün HƏMAS və “Hizbullah”a qarşı kifayət qədər müdafiə gücü olmadığı iddia edilir.

İsrail mediasında ən çox paylaşılan ərəb yazılarından biri də ölkənin əsas hava hücumundan müdafiə sistemi olan “Dəmir Qübbə”nin Ukraynaya satılacağı təqdirdə İsrailin özünü müdafiə edə bilməyəcəyi iddiasıdır. Məqalələrdə HƏMAS-a Ukraynadan silah göndərilməsi də yer alır.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm