Taylandda surroqat analıq qadağan olundu
Bizi izləyin

Dünya

Taylandda surroqat analıq qadağan olundu

Tayland hökuməti kommersiya məqsədli surroqat analığı qadağan edib.

Publika.az-ın məlumatına görə, qanun layihəsi artıq parlament tərəfindən təsdiq edilib. Yeni qanuna əsasən, müvafiq fəaliyyətlə məşğul olanlar 10 ilədək həbs cəzasına məhkum olunacaqlar.

Qeyd edək ki, avqust ayında avstraliyalı çütlük üçün hamilə qalıb əkiz uşaq doğan taylandlı qadın əcnəbiləri daun sindromlu körpələrin birindən imtina etməkdə təqsirləndirib.

Yerli millət vəkilləri hökuməti Taylanda uşaq doğumu fabriki kimi yanaşmaya səbəb olan təcrübəyə son qoymağa səsləyiblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm