Ukrayna NATO-ya qəbul edilir - "Alman modeli" gündəmə gəldi
Bizi izləyin

Dünya

Ukrayna NATO-ya qəbul edilir - "Alman modeli" gündəmə gəldi

Oktyabrın 12-də Almaniyada başlayacaq Ramşteyn Sammitində Ukraynanın NATO-ya üzvlük prosesində daha konkret addımların atılacağına dair gözləntilər gündəmə gəlib.

Publika.az “Washington Post”a istinadən xəbər verir ki, Soyuq Müharibə dövründə Qərbi Almaniyanın NATO-ya qəbulu nümunəsinə bənzər model də müzakirə olunacaq.
Nəzərdə tutulub ki, Rusiyanın nəzarətində olan bölgələr ayrıca bir məsələ kimi qəbul ediləcək və Ukraynaya üzvlük üçün maneə yaratmayacaq.
Beləcə, Ukrayna itirilmiş ərazilərini geri qaytarmadan NATO-ya üzv ola bilər. Görüş zamanı Ukrayna prezidenti Vladimir Zelenski “qələbə planı”nı da təqdim edəcək.

Aysel

Oxumağa davam et
Reklam
Reklam

Gündəm