İvanişviliyə sanksiya tətbiq olunsun: Avropa Parlamentindən TƏLƏB
Bizi izləyin

Dünya

İvanişviliyə sanksiya tətbiq olunsun: Avropa Parlamentindən TƏLƏB

Avropa Parlamentinin oktyabrın 9-da baxılacaq qətnamə layihəsində hakim “Gürcü arzusu” partiyasının qurucusu və oliqarx Bidzina İvanişviliyə sanksiya qoyulması tələbi var.

Publika.az SOVA-ya istinadən xəbər verir ki, sənəd Avropa Parlamentinin müxtəlif qrupları tərəfindən hazırlanıb.

Bildirilir ki, ümumilikdə 7 qətnamə hazırlanıb, lakin onlardan biri oktyabrın 10-da qəbul olunacaq. Təşəbbüskarları Avropa Parlamentinin Polşadan olan deputatı Malqorzata Qoşevska və latviyalı Riçards Kols olan qətnamənin versiyalarından birində söhbət Bidzina İvanişviliyə qarşı sanksiyalardan gedir. Layihə “Gürcüstanda siyasi proseslərin pisləşməsi və gürcü xalqının maraqlarına zidd hərəkətlər” səbəbindən oliqarxa qarşı sanksiyaların tətbiqinə çağırır.

Layihədə “Gürcü Arzusu” rəsmilərinə ABŞ-ın şəxsi sanksiyalarının tətbiqi alqışlanır və Aİ-ni “Xarici Agentlər Aktının qəbulunda iştirak edənlərə”, digər yüksək vəzifəli partiya üzvlərinə oxşar viza məhdudiyyətləri tətbiq etməyə və hakimlərin ölkəyə girişinə məhdudiyyətlər qoymağa çağırır.

Avropa Parlamentinin deputatları Bidzina İvanişvilinin “davam edən siyasi böhranın təşkilində və ölkənin qərbyönlü kursunun Rusiyanın xeyrinə sistematik şəkildə sabotaj edilməsində” şəxsi rolunu “qəti şəkildə pisləyir”.

Qətnamənin mətnində oktyabrın 26-da keçiriləcək seçkilərə də istinad edilir və qeyd edilir ki, seçkilər “Gürcüstanın onilliklər ərzində gələcəyini müəyyən edə biləcək dönüş nöqtəsi olacaq”.

Qeyd edək ki, Avropa Parlamentinin üzvləri Gürcüstan hakimiyyətini ölkənin sadiq olduğu demokratik standartlara cavab verməli olan demokratik, ədalətli və azad seçkilərin keçirilməsini təmin etməyə çağırıb.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm