Dünya
Müharibə təhlükəsi: Şimali Koreya Cənubla quru və dəmir yolu əlaqələrini kəsdi
Şimali Koreya Cənubi Koreya və ABŞ-ın hərbi əməliyyatları səbəbindən bu gündən etibarən Cənub ilə bütün quru və dəmiryol əlaqələrini kəsəcəyini açıqlayıb.
Publika.az xəbər verir ki, bu barədə Şimali Koreyanın xəbər agentliyi KCNA məlumat yayıb.
Şimali Koreya Xalq Ordusundan verilən açıqlamada sərhəddəki avtomobil və dəmir yolu əlaqələrinin kəsiləcəyi, sərhəd bölgələrinin müdafiə strukturları ilə möhkəmləndiriləcəyi bildirilib.
Açıqlamada Cənubi Koreya “əsas düşmən dövlət” olaraq xarakterizə edilib: “Ordumuzun sərhədi daimi olaraq bağlaması mövcud vəziyyətdə müharibənin qarşısını almaq və ölkənin təhlükəsizliyini təmin etmək üçün özünümüdafiə tədbiridir”.
Açıqlamada Cənubi Koreyanın hərbi təlimləri və ABŞ-ın bəzi nüvə varlıqlarının bölgəyə səfəri ilə əlaqədar Koreya yarımadasındakı hərbi vəziyyətin kəskinləşdiyi və buna qarşı daha qətiyyətli tədbirlərin görüldüyü bildirilib.
Roza
-
Nəqliyyat18:50
Bakıda COP29 zolaqlarının qüvvədən düşdüyü yollar - SİYAHI
-
Dünya17:35
Rusiyalı turistlərə bu ölkəyə giriş qadağan edildi
-
MDB16:36
Gürcüstandakı iğtişaşların təhrikçisi bəlli oldu - Rusiya açıqladı
-
Sosial15:32
Əli Kərimliyə bu cəza verildi
-
Maraq dünyası14:56
Bu 3 bürc 2024 bitmədən varlanacaq - Pul sel kimi gələcək
-
Nida Xəbər 13:56
Azərbaycanla sülh müqaviləsinin mətni gizlədilir: Ara qarışdı - İrəvanda nə BAŞ VERİR?
-
İdman13:24
Ulduz futbolçu yenə eşqə düşüb: Bu dəfə onu yoldan çıxaran kimdir? - FOTOLAR
-
Sosial12:28
Sabah yağış yağacaq, bəzi yerlərdə leysan olacaq - PROQNOZ