Dünya
ABŞ-da şok iddia: Bayden Netanyahunu niyə söyüb?
ABŞ prezidenti Co Baydenin İsrailin baş naziri Binyamin Netanyahunu dəfələrlə yalan danışmaqda ittiham etdiyi və söydüyü iddia edilib.
Publika.az xəbər verir ki, bu barədə CNN telekanalında məlumat yayılıb.
Bildirilib ki, ABŞ jurnalisti Bob Vudvordun "Müharibə" adlı yeni kitabında Bayden və Netanyahu arasında son aylardakı görüşlər və pərdəarxası ilə bağlı məlumatlar yer alıb.
Kitabda Bayden və Netanyahu arasında münasibətlərin bu ilin yazında kifayət qədər gərginləşdiyi iddia edilib.
Qeyd edilir ki, aprel ayında telefon danışığı zamanı Bayden Netanyahudan Qəzza zolağı ilə bağlı strategiyasını soruşub və İsrail lideri Rəfaha qurudan hücuma keçməli olduqlarını bildirib.
Bunun üzərinə Bayden "Bibi (Netanyahunun ləqəbi), sizin strategiyanız yoxdur" deyib. May ayında İsrailin fələstinlilərin sığındığı Rəfaha qurudan hücuma keçməsindən sonra Baydenin yaxın ətrafı ilə söhbətində Netanyahuya qarşı söyüş söydüyü faktı kitaba daxil edilib.
Kitabda, həmçinin qeyd edilib ki, Bayden Netanyahu haqqında “yalançı və pis adam” kimi kinayəli sözlər işlədib.
Oxşar xəbərlər ABŞ-da nəşr olunan “Politico” jurnalında da dərc edilib, lakin Ağ Ev bunu təkzib edib.
Roza
-
Hadisə19:40
Sərnişinlər "28 May"da qatardan düşürüldü - Metroda nə baş verir? - YENİLƏNDİ
-
Magazin219:25
Berk Oktay 20 kiloqram kökəlib bu hala düşdü - Fotolar
-
Sosial17:38
Nazirlik 6 milyona yeni şirkət yaratdı
-
Sosial16:24
Bakıda bu köşklərin fəaliyyəti dayandırıldı - FOTO
-
Sosial15:30
Partlayış zamanı şok keçirən qadın öldü
-
Nida Xəbər 14:43
Nazir onu rəis təyin etdi - FOTO
-
Elm və təhsil13:33
Nazir direktoru vəzifəsindən azad etdi
-
İdman13:01
Bakıda Messini görmək istəyənlər bu qədər xərcə düşəcək - Bilet qiymətləri açıqlandı