Putini təhqir edən Harrisin cavabı verildi: Bu, ABŞ-ın acizliyindən xəbər verir
Bizi izləyin

Dünya

Putini təhqir edən Harrisin cavabı verildi: Bu, ABŞ-ın acizliyindən xəbər verir

ABŞ prezidentliyinə namizəd Kamala Harrisin Rusiya lideri Vladimir Putin haqqında təhqiramiz ifadələri Vaşinqtondakı hakim dairələrin acizliyini göstərir.

Publika.az xəbər verir ki, Rusiyanın ABŞ-dakı səfirliyi diplomatik nümayəndəliyin "Telegram" kanalında Harrisin sözlərinə cavab verib.

"Bu vəziyyət yalnız Vaşinqtondakı hakim dairələrin məyusluğundan və gücsüzlüyündən xəbər verir", - deyə bəyanatda deyilir.

Səfirlikdən əlavə edilib ki, ABŞ rəsmiləri Rusiyaya sözdə strateji məğlubiyyətin verilməsinin mümkünsüzlüyünə görə təhqiramiz ritorikadan istifadə edirlər.

Səfirlik Moskvanın Harrisin sözlərindən qəzəbləndiyini vurğulayıb və bu cür davranışı qəbuledilməz adlandırıb.

“Bugünkü ABŞ dövlət xadimləri arasında "boorish dili" vərdiş halına gəlib”, - Rusiya diplomatik missiyası qeyd edib.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm