Sietldən İstanbula uçan təyyarə Nyu-Yorkda təcili eniş etdi: Kapitan öldü
Bizi izləyin

Dünya

Sietldən İstanbula uçan təyyarə Nyu-Yorkda təcili eniş etdi: Kapitan öldü

Türk Hava Yollarına məxsus təyyarə Sietldən İstanbula uçarkən Nyu-Yorkda təcili eniş edib.

Publika.az xəbər verir ki, bu barədə aviaşirkətin nümayəndəsi Yəhya Ustyun məlumat yayıb.

“Sietl-İstanbul marşrutu üzrə TK204 reysini həyata keçirən TC-LGR dövlət nömrə nişanlı “Airbus A350” təyyarəsinin kapitanı İlçehin Pehlivan uçuş zamanı huşunu itirib və ilk tibbi yardım nəticə verməyib və ekipaj təcili eniş etmək qərarına gəlib. Lakin kapitanımız yerə enməzdən əvvəl ölüb”, - Ustyun “X” sosial şəbəkəsində yazıb.

Pehlivanın 59 yaşında olduğu bildirilir. Aviaşirkətin nümayəndəsi dəqiqləşdirib ki, pilot bu yaxınlarda aviasiya mərkəzində məcburi tibbi müayinədən keçib və səhhətində onun işinə mane olacaq hər hansı problem aşkar edilməyib.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm