Jrinovskinin ABŞ-la bağlı verdiyi şok proqnoz: Yerin qravitasiyası dəyişəcək və...
Bizi izləyin

Dünya

Jrinovskinin ABŞ-la bağlı verdiyi şok proqnoz: Yerin qravitasiyası dəyişəcək və...

2003-cü ildə LDPR partiyasının qurucusu Vladimir Jirinovski ABŞ-ı dağıdıcı qasırğa səbəbindən daşqınlarla bağlı xəbərdar edib.

Publika.az xəbər verir ki, buna “360” telekanalı diqqət çəkib.

2003-cü il yanvarın 28-də siyasətçi o zaman ABŞ-ın prezidenti olmuş Corc Buşa müraciət edib. Jirinovskinin sözlərinə görə, “alimlər Yerin qravitasiya sahəsini bir qədər dəyişəcək” və nəticədə ABŞ su altında qalacaq.

Hazırda ABŞ-da “Milton” qasırğası tüğyan edir. Sent-Lusi qraflığının sözçüsü Erik Gill bildirib ki, onlarla evə ziyan dəyib, bəziləri isə fəlakətli dağıntılarla üzləşib. Təbii fəlakətlər fonunda Floridada işıqsız qalan ev təsərrüfatlarının sayı 1,2 milyonu ötüb. Fırtınanın ştata tornado, dolu, qasırğalı küləklər və yağıntı gətirəcəyi gözlənilir. Bundan əlavə, qasırğa bütün ştatda güclü daşqınlara səbəb ola bilər. ABŞ Geoloji Tədqiqat Xidməti (USGS) “Milton”un qum təpələrinin eroziyası və sahil daşqınları səbəbindən Floridanın sahil xəttini kəskin şəkildə dəyişdirə biləcəyi barədə xəbərdarlıq edib.

“Milton”dan gələn tufan dalğası Floridadakı bütün sahil çimərliklərinin 100 faizində eroziyaya və uçuruma səbəb ola bilər”, - məlumatda deyilir.

Jirinovski Ukraynada və Yaxın Şərqdə münaqişələr, Qazaxıstanda vəziyyətin kəskinləşməsi və Krımın Rusiyaya birləşdirilməsi və Barak Obamanın prezidentliyi kimi bir çox digər hadisələri proqnozlaşdırmışdı.

Jirinovskinin proqnozlarının özünü doğrultmaq qabiliyyətinə görə ruslar siyasətçiyə “Vovanqa” ləqəbi veriblər. Rusiya lideri Vladimir Putin qeyd edib ki, Jirinovskinin proqnozları “sıfırdan” deyil, “oyun kartları üzərində” deyil, vəziyyətin inkişafı haqqında bilik və anlayış əsasında qurulub.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm