Üsamə bin Ladenin oğlunu Fransaya buraxmadılar: Təqaüdçü ilə evlənib
Bizi izləyin

Dünya

Üsamə bin Ladenin oğlunu Fransaya buraxmadılar: Təqaüdçü ilə evlənib

Son illərdə “Əl-Qaidə”nin rəhbəri Üsamə bin Ladenin oğlu Ömər bin Laden Fransanın Normandiya bölgəsində təbiət qoynunda rəssamlıq edərək sakit həyat sürməyə qərar vermişdi.

Publika.az-ın xəbərinə görə, “The Telegraph” yazır ki, amma Fransa hakimiyyət orqanları atasının 2001-ci il sentyabrın 11-də törətdiyi terror aktına görə ona ölkəyə girişi qadağan edib.

Ömər bin Laden Çeşirdən olan britaniyalı təqaüdçü ilə evlənib, lakin 2023-cü ilin mayında ölkədən qovulub.

“Bir neçə il Britaniya vətəndaşının əri kimi Orne bölgəsində yaşayan bin Laden 2023-cü ildə sosial şəbəkələrdə terrorizmi tərifləyən şərhlər yazıb”, - Fransanın daxili işlər naziri Bruno Retaillot bildirib. Deyib ki, inzibati qadağa bin Ladenin hər hansı səbəbdən Fransaya qayıda bilməyəcəyini təmin edəcək.

Bin Ladenin Fransaya girişinin qadağan edilməsinə səbəb olan şərhlərin dəqiq mahiyyəti aydın deyil. Bununla belə, yerli "Le Publicateur Libre" qəzetinə görə, "@omarbinladin1" istifadəçi adı ilə "X" hesabı 2023-cü il mayın 2-də, Üsamə bin Ladenin ölümünün 12-ci ildönümündə, 11 sentyabr terror aktının təşkilatçısına ehtiramını bildirən bir mesaj yerləşdirib.

Qeyd edək ki, 43 yaşlı Ömər bin Laden Səudiyyə Ərəbistanında anadan olub, ilk illərini burada keçirib, həmçinin Sudan və Əfqanıstanda yaşayıb. 19 yaşında atasını tərk edərək Fransanın şimalındakı Normandiyada məskunlaşaraq rəssamlıqla məşğul olub.

Beş dəfə boşanmış və ondan iyirmi yaş böyük olan təqaüdçü, britaniyalı Ceyn Feliks-Braun ilə evliliyi üzə çıxanda mətbuatda böyük maraq doğurmuşdu. Evləndikdən sonra qadın Zaina Mohammed adını götürərək müsəlmanlığı qəbul edib. Ömər bin Laden Böyük Britaniyada yaşamaq istəyirdi, lakin onun xahişi Britaniya hakimiyyəti tərəfindən rədd edilib.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm