Adeyeminin uğurunun sirri: Bu qız oyunlardan əvvəl onun üçün nə edir? - FOTOLAR
Bizi izləyin

İdman

Adeyeminin uğurunun sirri: Bu qız oyunlardan əvvəl onun üçün nə edir? - FOTOLAR

"Borussiya Dortmund"un hücumçusu Kərim Adeyemi bu mövsüm əla formadadır. O, 8 matçda 5 qol vurub və 5 məhsuldar ötürmə edib.

Publika.az xəbər verir ki, 22 yaşlı futbolçu ilə bağlı bu mövsüm əsas diqqət çəkən məqam Çempionlar Liqasında "Seltik"ə qarşı het-trikdir. Qarşılaşmadan sonra bu mövsüm onun necə forma yığması barədə soruşduqda, Kərim zarafatyana cavab verib. Bildirib ki, səbəb sevgilisinin görüşlərdən əvvəl ona şam yeməyi bişirməsidir.

Buna görə də Adeyemini futbol şücaətlərinə ruhlandıran Loredana Zefi ilə tanış olmaq qərarına gəldik.

Loredanın 29 yaşı var. Kərimdən 8 yaş böyükdür və çox uğurlu karyerası var. Loredana məşhur hip-hop müğənnisidir. Onun "YouTube"da 1,58 milyon, "İnstagram"da 3,1 milyon, "TikTok"da isə 2,3 milyon izləyicisi var.

Cütlüyün çox gözəl münasibətləri var. Aralarındakı yaş fərqi sevgilərinə təsir etrmir. Onlar tez-tez sosial şəbəkələrdə birgə fotolarını yayımlayırlar. Birlikdə xoşbəxt görünürlər.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm