Dünya
İspaniya diktator Frankonun izlərini siləcək
İspaniya öz tarixinin ən qanlı illəri olan diktator Fransisko Franko dövrünün (1936-1975) ideologiyalarını müdafiə edən fond və dərnəkləri qadağan etmək üçün ilk addımı atıb.
Publika.az xəbər verir ki, İspaniya parlamentində qəbul edilən və Senata göndərilən qanun layihəsi Franko rejimini müdafiə edən dərnək və fond kimi bütün qeyri-hökumət təşkilatlarının (QHT) fəaliyyətinin qadağan edilməsini nəzərdə tutub.
Müxalifətdəki ifrat sağçı Vox Partiyası istisna olmaqla, bütün digər siyasi partiyalar, o cümlədən ana müxalifət Xalq Partiyası (PP) koalisiya hökumətinin əsas tərəfdaşı olan Sosialist İşçi Partiyasının (PSOE) təqdim etdiyi qanun layihəsini dəstəkləyib.
Sözügedən qanun layihəsi Senatda qəbul edilərsə və qanuna çevrilərsə, Franko rejiminin ideologiyalarını müdafiə edən bütün QHT-lər, xüsusilə diktator Frankonun ölümündən sonra 1976-cı ildə qurulan və hələ də aktiv fəaliyyət göstərən Fransisko Franko Fondu qadağan olunacaq.
Aysel Şahmar
-
MDB12:10
Çağırışçıların ölkədən çıxışına qadağa qoyuldu: Xəbərdarlıq edildi ki...
-
Rəsmi xronika11:27
Bakıda prezidentlərin üçtərəfli görüşü oldu
-
Hadisə10:45
Yüksək vəzifələrdə işləmiş şəxs vəfat etdi - FOTO
-
Sosial10:00
Heydər Əliyev Mərkəzinin binası belə işıqlandırıldı - VİDEO
-
Dünya08:24
Pakistandan ÜZÜCÜ XƏBƏR: 22 nəfər öldü, itkin düşənlər var
-
ABŞ07:47
Tramp onu MKİ-yə direktor TƏYİN ETDİ - FOTO
-
Magazin107:30
Elza Seyidcahan özünü görün nə hala saldı - VİDEO
-
Ekologiya07:17
Yağış, qar, dolu... - Bu günün havası AÇIQLANDI